Ukrayna millisinin sabiq müdafiəçisi Yaroslav Rakitski “Mariupol” futbol klubunun sahibi olmağa hazırlaşır.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Dinamomania” məlumat yayıb.
“Mariupol” 6 turdan sonra Ukrayna I Liqasının B qrupunda 6-cı yeri tutur. Qeyd olunur ki, komandanın futbolçuları bir neçə aydır ki, maaş almırlar.
“Biz bunu indi nə təsdiq, nə də təkzib edə bilərik. Bu xəbər sizin üçün olduğu kimi bizim üçün də sürprizdir”, – deyə klubdan rəsmi açıqlama bildirilib.
Qeyd edək ki, 35 yaşlı Rakitski son olaraq “Şaxtyor”da çıxış edib. Təcrübəli müdafiəçi hazırda azad agentdir.
O, 2019-2022-ci illərdə Rusiya təmsilçisi “Zenit”in formasını geyinib.