29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

HƏMAS-la müharibənin İsrailə vurduğu böyük zərər: İqtisadiyyat çökür

20 fev 2024 07:00
GÜNDƏM
ads

Fələstinin HƏMAS radikal qruplaşması ilə uzun sürən müharibə 2023-cü ilin dördüncü rübündə İsrailin ÜDM-nin illik ifadədə demək olar ki, 20 faiz (19,4 faiz) azalmasına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” (TOI) qəzeti Yaxın Şərq ölkəsinin Mərkəzi Statistika Bürosunun ilkin qiymətləndirməsinə istinadən məlumat yayıb .

HƏMAS ilə müharibənin başlaması İsrail iqtisadiyyatında 2020-ci ilin aprel-iyun aylarından bəri ən kəskin rüblük tənəzzülə gətirib çıxardı, o zaman ki, koronavirus pandemiyasının yayılması nəticəsində ölkənin ÜDM-i təxminən 30 faiz azaldı. Ekspertlər 2023-cü ilin oktyabr-dekabr aylarında İsrail iqtisadiyyatının rüblük olaraq 5,2 faiz azaldığını bildirib.

Bu dinamikaya bir sıra amillər təsir edib. Onların arasında işlərini tərk etməli olan 300 min ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırılması, həmçinin ölkənin şimal və cənub sərhəd bölgələrindən təxliyə edilmiş 120 mindən çox israilli üçün hökumətin maliyyələşdirdiyi mənzil tikintisi də var.

Bundan əlavə, İordan çayının qərb sahilindən ( HƏMAS-ın rəqibi Fəth hərəkatının nəzarətində olan) fələstinli işçilərin İsrailə girişinə qoyulan məhdudiyyətlər də iqtisadi böhranın pisləşməsinə səbəb olub. Sonuncu vəziyyət son nəticədə ölkədə kadr çatışmazlığının daha da pisləşməsinə gətirib çıxarıb.

Bundan əvvəl Vaşinqton Beynəlxalq Maliyyə İnstitutunun (IIF) analitikləri qlobal iqtisadi artımın 2023-cü ildəki 3,1 faizdən 2024-cü ildə 2,4 faizədək azalacağını, İsrail və HƏMAS arasında münaqişənin mənfi inkişafı ilə bağlı proqnoz veriblər. Öz növbəsində, Yaxın Şərqdə baş verən əsas hadisələri nəzərə alaraq, ekspertlər bu ilin dekabr ayının sonuna qlobal ÜDM artımının 2,8 faizədək azalacağını proqnozlaşdırıblar.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur