29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Yunanıstan “Qazprom”u qazı baha satdığı üçün məhkəməyə verdi

29 mar 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Yunanıstanın "DEPA Commercial" şirkətinin rəhbərliyi Rusiya tədarükçüsü qazın qiymətini azaltmaqdan imtina etdiyi üçün “Qazprom”u məhkəməyə verib.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Təchizat müqaviləsi “al və ya ödə” sxeminə əsasən bağlanıb, lakin “Qazprom”la müqavilənin şərtlərindən xammalın dəyəri bir müddət sonra Avropadakı mövcud yanacağın qiymətlərindən yüksək olub. Yunan şirkəti təchizatçı ilə danışıqlar aparmağa çalışsa da heç bir nəticə verməyib. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlib.

Yunanıstan 2022-ci ilin yanvarında “Qazprom” ilə müqavilə imzalayıb və hələ də Rusiya şirkətindən xammal almağa davam edir. İki il əvvəl DEPA şirkəti təklif olunan qiymətləri rəqabətli adlandırsa da, keçən müddət ərzində Avropa qazın qiymətini bir neçə dəfə aşağı sala bilib.

Mənbə qeyd edib ki, DEPA-nın bu addımı Avropada “Qazprom”a münasibətə görə uğurlu ola bilər. Rusiya şirkəti Qərbin sanksiyaları altında olmasa da, onun maraqlarını təmsil etmək üçün vəkillər tutması çətin olacaq.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur