ABŞ Dövlət Departamenti Rusiya hakimiyyətinin 17 nümayəndəsinə viza məhdudiyyəti tətbiq edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
Buna səbəb kimi onların Ukrayna ilə münaqişə zamanı işğal edilmiş ərazilərdə seçki prosesində iştirakı göstərilib.
Qurum viza məhdudiyyətlərinə məruz qalan şəxslərin siyahısını açıqlamaq hüququ olmadığını qeyd edib.