Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan QÜTB.AZ-a verilən xəbərə görə, ev sahibi 2000 manat pulun, qızıl-zinət və məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.
Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Polad İbrahimov saxlanılıb.
O, oğurladıqlarının bir qismini Gəncə və Qəbələdə satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.