02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Mağara rəsmlərinin hansı məqsədlə çəkildiyi üzə çıxdı

06 iyn 2024 09:00
GÜNDƏM
ads

İndiki Cənubi Amerika ərazisində dünyanın ən böyük rəsmləri hesab edilən qədim mağara rəsmləri yaradıcılarının yaşadığı ərazilərin sərhədlərini qeyd etmək üçün nəzərdə tutulub.

Publika.az xəbər verir ki, bu məlumat “Antiquity” jurnalında dərc olunan yeni araşdırmada yer alıb.

Quşlar, Amazon qırxayaqları, insan fiqurları və həndəsi formalar 14 sahədə tapılan dizaynlar arasındadır. Onların əksəriyyəti çoxdan bəlli olub. Lakin siyahıda bu yaxınlarda kəşf edilənləri də var.

Tədqiqatçıların fikrincə, ən çox yayılmış motiv nəhəng ilanların motividir. Xüsusən də Venesueladakı Cerro Pintado adlı ərazidəki (təxminən 42 metr uzunluğunda) rəsm yəqin ki, dünya üzrə aşkar edilmiş ən böyük qayaüstü təsvirdir.

Araşdırmanın aparıcı müəllifi, doktor Filip Ririsin sözlərinə görə, tədqiqat bölgənin yerli xalqlarının mifologiyasında ilanların oynadığı məna və rola diqqət yetirir. Onun fikrincə, yerli insanlar daşları 1000-2000 il əvvəl, eyni ərazidə tapılan dövrə aid saxsı qablar və motivlər əsasında oyublar.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur