“France Football” nəşri ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, siyahıda altı namizəd var:
“Bayer” ilə Bundesliqa və Almaniya Kubokunu qazanan Xabi Alonso;
“Real” ilə İspaniya Çempionatı, Çempionlar Liqası və UEFA Super Kubokunu qazanan Karlo Ançelotti;
İspaniya millisi ilə Avropa çempionu olmuş Luis de la Fuente;
“Atalanta” ilə Avropa Liqasının qalibi olan Qian Piero Qasperini;
“Mançester Siti” ilə İngiltərə çempionu olan Pep Qvardiola;
Argentina millisi ilə Amerika kubokunu qazanan Lionel Skaloni.
Qalib oktyabrın 28-də keçiriləcək “Qızıl top” mərasimində açıqlanacaq.