“İnter Mayami”nin hücumçusu Lionel Messi bir adi mövsümdə MLS-də ən çox “matçın adamı” mükafatına sahib olma rekordunu təkrarlayıb.
QÜTB.AZ xəbər verir ki, 37 yaşlı argentinalı “Nyu İnqlend” ilə (6:2) müntəzəm mövsümün son oyununda əvəzedici kimi meydana çıxıb və het-trik edərək görüşün ən yaxşı oyunçusu olub.
Liqanın mətbuat xidmətindən verilən məlumata görə, Messi Ceyson Kreysin 1999-cu ildə "Dallas" forması ilə imza atdığı rekordu təkrarlayıb. Bu mövsüm Leo 6-cı dəfə matçın adamı seçilib.
Qeyd edək ki, 2019-cu ildə "Los-Anceles"in hücumçusu Karlos Vela da eyni göstəriciyə imza atıb.
Qutb