05.04.25 | Bakı 11.03° C |
18:55:52
Lent :

2023-cü ilin ən populyar smartfonları AÇIQLANDI

22 fev 2024 05:00
GÜNDƏM
ads
Advertisement

2023-cü ildə “Apple” smartfonları dünyada ən çox satılan smartfonlar siyahısında yeddi mövqe tutub. Onlarla yalnız “Samsung”un ucuz modelləri rəqabət apara bilib.

Publika.az xəbər verir ki, bu barədə “Counterpoint Research” analitik şirkətinin araşdırmasında deyilir.

İlk üç yeri müvafiq olaraq “iPhone 14”, “14 Pro Max” və “14 Pro” bölüşdürüb. Satışların yarısı ABŞ və Çindən gəlib.

Dördüncü yerdə Yaponiya və Hindistanda xüsusi tələbat olan “iPhone 13” modeli qərarlaşıb. Beşinci, altıncı və yeddinci yerləri “iPhone 15 Pro Max”, “15 Pro” və “iPhone 15” smartfonları tutub.

İlk 10-luqdakı yeganə digər marka ucuz “Galaxy A14 5G”, “Galaxy A04e” və “Galaxy A14 4G” ilə son üç yeri tutan “Samsung” markalı smartfonlardır. Bununla belə, “Samsung”un heç bir flaqman smartfonu reytinqə daxil edilməyib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur