Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.
TƏBİB-dən Publika.az-a bildirilib ki, saat 00:01-də doğulan körpənin cinsi qız, boyu 45 sm, çəkisi 2 580 kq olub.
Doğulan körpə ananın ilk hamiləliyi olub.
İyirmi dörd yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib.
Əməliyyat uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti sabitdir.