Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın potensial rəqibləri məlum olub.
Publika.az xəbər verir ki, 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “köhlən atlar” “Linkoln” (Cəbəllütariq) – “Hamrun Spartans” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyun səfərdə olacaq. İkinci mərhələnin oyunları 23-24 və 30-31 iyul tarixlərində keçiriləcək.