Qazaxıstanın Karaqanda vilayətinin Buxar-Jirau rayonunun Botakara kəndində qaz partlayışı nəticəsində iki nəfər həlak olub.
Publika.az xəbər verir ki, partlayış nəticəsində 12 mənzilli binanın ikinci mərtəbəsi qismən uçub.
Bu barədə rayon administrasiyasının başçısı Ablay Sultanqali məlumat verib.
Daha əvvəl Regional Fövqəladə Hallar İdarəsinin rəisi Murat Katpanov bildirib ki, 12 mənzilli ikimərtəbəli, iki girişli yaşayış binasında ilkin məlumatlara görə, məişət qazı balonu partlayıb.
6 nəfər dağıntılar altından çıxarılaraq Botakara Mərkəzi Xəstəxanasına göndərilib.
Hadisə yerində operativ qərargah yerləşdirilib.
Tural