Dünyanın ən uzun uşağı olaraq adı Ginnesin Rekordlar Kitabına düşən Ceyson doğulduğu gündən nadir rast gəlinən nəhənglik sindromu ilə mübarizə aparır.
Publika.az xəbər verir ki, 10 yaşlı Ceysonun boyu 1.90 metrdir. O, hipofiz vəzinin davamlı olaraq böyümə hormonu ifraz etməsinə səbəb olan gigantizm sindromundan əziyyət çəkir.
Ceyson doğulanda çəkisi 5 kilodan çox, boyu isə 66 santimetr olub. O, müsahibələrində dünyanın ən uzun uşağı olmaqdan qürur duyduğunu bildirib.
Qeyd edək ki, gigantizm olan insanların ürəkləri çox böyüdüyü üçün əksəriyyəti orta hesabla 40 il yaşayır.
Roza