Türkiyənin xarici işlər naziri Hakan Fidanla Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər iki ölkə arasında möhkəm strateji tərəfdaşlıqdan məmnunluq ifadə ediblər və bir çox sahələrdə ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəliblər.