ABŞ Prezidenti Cozef Bayden Ukrayna hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynaya silah tədarükünün yaxın saatlarda bərpa olunacağı gözlənilir.
Xatırladaq ki, qanun layihəsi aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir. Buraya Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir.