28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ermənistanın məkrli planı: Vaxt qazanmaq, silahlanmaq və Azərbaycana hücum etmək

24 fev 2024 11:00
GÜNDƏM
ads

“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın əleyhinə təbliğatı uzun müddətdir ki, davam etdirir. Xüsusilə qərb media orqanlarına müsahibəsi zamanı biz bunu açıq-aydın hiss edirik. Fransada səfərdə olarkən “France-24” kanalına müsahibəsində də Rusiya əleyhinə fikirlər səsləndirən Paşinyan öz siyasi xəttindən geri çəkilmək istəmir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O əlavə edib ki, Paşinyan Rusiyanın erməni əhalisi arasında hakimiyyəti devirmək təbliğatı apardığını iddia edir.

“Bu isə Rusiyaya meydan oxumaqdır və öz hakimiyyəti üçün qorxu və təlaşın bir göstəricisidir. Fransaya Rusiyadan şikayətlənmək və sanki Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı fikirlər bildirmək Ermənistanın təhlükəsizliyini və müdafiəsinin gücləndirilməsinə yönəlmiş "PR" kompaniyasıdır”-politoloq deyib.

Onun sözlərinə görə, Ermənistan bu cür fikirlər formalaşdırmaqla silahlanmaq və mövcud vəziyyəti dəyişmək niyyəti güdür.

“Ermənistan revanş əldə etməyə, yenidən Azərbaycan ərazilərinə hücum edərək torpaqlarımızı nəzarət altına almağa çalışır. Məkrli niyyətlər aydın şəkildə özünü göstərir. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülhü və təhlükəsizliyi, eləcə də sabitliyi pozmaq naminə atılan addımlar kimi anlaşılmalıdır. Paşinyan, Makron timsalında digər Avropa güc mərkəzlərindən də özünə dəstək axtarmaqdadır.

Xüsusilə vurğulamaq istəyirəm ki, Nikol Paşinyanın komandası Avropada olarkən hər zaman Rusiyaya qarşı planlar cızıblar və Rusiyanın Cənubi Qafqazda olan maraqlarından yayınmaq məqsədlərini ifadə ediblər”, - İ.Hüseynov bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” kanalına müsahibəsi zamanı Rusiyanın erməni əhalisi arasında hakimiyyəti devirmək təbliğatı apardığını deyib. Erməni baş nazir Rusiyada səfərbərlikdən qaçaraq Ermənistana sığınan Dmitri Setravokun rus hərbçiləri tərəfindən oğurlanmasından narahat olduqlarını da dilə gətirib. O, Ermənistan ərazisində bu cür qanunsuz hərəkətlərin yolverilməz olduğunu, İrəvanın tələbləri yerinə yetirilməsə, bunun nəticələrinin olacağını bildirib. Eyni zamanda o, “Azərbaycanın hücum edəcəyi” iddiasını da yenidən gündəmə gətirib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur