14.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Argentina Prezidenti İtaliya vətəndaşı oldu

14 dek 2024 10:00
GÜNDƏM
ads

İtaliyanın Baş naziri Corciya Meloni Argentina Prezidenti Xavyer Mileyə İtaliya vətəndaşlığı verib.

QÜTB.AZ xəbər verir ki, Mileyin İtaliya kökləri var. Onun ata tərəfdən nənə və babası İtaliyanın cənubundakı Kalabriya əyalətindən olub və Argentinaya mühacirət ediblər. Beləliklə o, vətəndaşlığı “qan hüququ” prinsipi əsasında alıb. Mileyin siyasi məsləhətçisi olan kiçik bacısı Karinaya da vətəndaşlıq verilib.

Qeyd edək ki, Mileydən əvvəl də ikili vətəndaşlığı olan Argentina Prezidenti olub. 215-2019-cu illərdə Argentinaya başçılıq edən Maurisio Makri italyan mühacirin oğlu olduğu üçün İtaliya pasportuna sahib idi.

Argentina Konstitusiyası prezidentlərin ikinci vətəndaşlığa sahib olmasını qadağan etmir.

Xatırladaq ki, Argentina dövlət başçısı dekabrın 13-də Meloni ilə görüşmək və “İtaliya Qardaşları” partiyasının illik qurultayında iştirak etmək üçün İtaliyaya səfər edib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur