10.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Nazirlikdən bu lisey barədə yayılan məlumatlara CAVAB

22 yan 2024 19:00
ELM VƏ TƏHSİL
ads
Advertisement

Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılmışdır.

Bu barədə Publika.az-a Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb.

Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb.

"Bir daha qeyd edirik ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb", - nazirlikdən bildirilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur