29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Lamin Yamal şəxsi həyatından danışdı: Edə bilmədiyim şeylər var

30 okt 2024 17:00
İDMAN
ads
Advertisement

"Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamal "GQ France" jurnalının son sayının baş qəhrəmanı olub.

QÜTB.AZ xəbər verir ki, Lamin 2024-cü ilin "Qızıl top" mərasimindən əvvəl nəşrin suallarını cavablandırıb. Futbolçu həyatının necə dəyişdiyindən, moda və geyimə münasibətindən danışıb:

“Mən həmişə yaşımda olan biri üçün mümkün qədər normal bir həyat yaşamağa çalışıram. Baxmayaraq ki, artıq edə bilmədiyim şeylər var. Məsələn, mən insanlardan gizlənmədən daha sərbəst gəzmək istərdim, amma bilirəm ki, bu mümkün deyil. Dostlarım Moha və Soha ilə çox vaxt keçirirəm, video oyunlar oynayıram, seriallara və filmlərə baxıram. 17 yaşlı uşaq üçün tipik şeylər”.

Üslub və moda məni maraqlandıran iki şeydir. Detallara fikir verirəm. Öz üslubumu yaratmağı və müxtəlif şeyləri birləşdirməyi xoşlayıram”

Qeyd edək ki, Nəşr "Barselona" ulduzunun fotolarını da dərc edib. Lamin "Dolce və Qabbana" brendindən olan dəbdəbəli geyimi ilə diqqət çəkib.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur