01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

"Trabzonspor" və "Başakşəhir" qələbə qazandı

09 mar 2024 21:00
İDMAN
ads

Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.

Publika.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" səfərdə "Konyaspor"la qarşılaşıb. Yığmanın qapıçısının əsas heyətdə oynadığı görüş 2:2 hesabı ilə yekunlaşıb.

“Trabzonspor” isə doğma meydanda “Fatih Karagümrük”lə üz-üzə gəlib. Hesabı İstanbul təmsilçisi açsa da, “Bordo-mavililər” geridönüş edərək üç xala 5 qolla nail olub - 5:1.

Günün digər oyunlarında “Alanyaspor” “Sivasspor”u 2:1, “Başakşəhər” isə “Antalyaspor”u 1:0 hesabları ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 78 xalla “Qalatasaray” başçılıq edir. Bir oyun az keçirən “Fənərbağça” 73 xalla 2-ci, 49 xalı olan “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur