Frankfurt polisi Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Danimarka ilə oyunu öncəsi İngiltərə millisinin üç azarkeşini həbs edib.
Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Rob Harris məlumat verib.
Qeyd olunur ki, azarkeşlərdən biri butulka atdığına, ikincisi polis əməkdaşını təhqir etdiyinə, üçüncüsü polisə atəş açdığına və üzərində narkotik maddə aşkarlandığına görə saxlanılıb.
Qedy edək ki, İngiltərə millisi bu gün Danimarka ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Heybət