01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Abdullahian Fidana zəng etdi: Nələri müzakirə ediblər?

02 mar 2024 08:00
GÜNDƏM
ads
Advertisement

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin xarici işlər naziri Hakan Fidan iki ölkə arasında əlaqələrin inkişafı, iki ölkə prezidentləri arasında son razılaşmaların icrasını müzakirə ediblər.

Publika.az xəbər verir ki, telefon danışığı zamanı Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.

İran Xarici İşlər Nazirliyinin rəhbəri ölkə prezidentinin Ankaraya son səfəri zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Əmir Adullahian Qəzzada baş verən son hadisələri də xatırladıb, İsrailin fələstinlilərə qarşı hərəkətlərini pisləyib və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin gələcək iclasında “işğal rejiminin soyqırımı və aparteidin dayandırılması istiqamətində nəticələrə və təsirli addımlara ümid etdiyini bildirib.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan da telefon danışığı zamanı İran prezidentinin Ankaraya səfərinin əhəmiyyətini qeyd edib və Ankaranın Tehranla əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.

O, həmçinin “sionist təcavüzünə qarşı çıxmaq və dayandırmaq üçün” islam ölkələri arasında koordinasiyaya ehtiyac olduğunu deyib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur