İranın ali dini lideri Ayətullah Əli Xamenei öz iqamətgahında İranın Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "New York Times" adı açıqlanmayan iki İran rəsmisinə istinadən məlumat yayıb.
“Görüş Hizbullah lideri Həsən Nəsrullaha qarşı İsrailin Beyruta endirdiyi zərbəyə cavab olaraq təşkil edilib”, - nəşr bildirir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri sentyabrın 27-də "Hizbullah" hərəkatının Beyrutdakı əsas qərargahına zərbə endirib. Hücum nəticəsində 76 nəfər yaralanıb, 2 nəfər isə ölüb.
Ləman