30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

100 il əvvəlki hadisə insanları ayağa qaldırdı: milyonlarla əcnəbi...

27 fev 2024 14:00
GÜNDƏM
ads

Almaniyada milyonlarla əcnəbini zorla deportasiya etmək üçün ifrat sağçı planların ortaya çıxması insanlara milli sosializm dövrünü xatırladıb. Onlar bunun təkrarlanmasından narahat olaraq küçələrə axışıblar.

Publika.az xəbər verir ki, 2023-cü ilin noyabrında aralarında ifrat sağçı və populist olan Almaniya üçün Alternativ (AfD) Partiyasının üzvləri, Avstriyadakı “İdentitar Hərəkat”ın keçmiş lideri Martin Sellner və başqa ifrat sağçı fəallar Potsdam şəhərindəki villalardan birində toplantı keçirib.

Görüşdə sığınacaq axtaranların, ölkədə qalmaq hüququ olan əcnəbilərin və Avropa mədəniyyətini qəbul etməyən Almaniya vətəndaşlarının sistemli şəkildə deportasiyası planları müzakirə edilib.

Bu, 1933-cü ildə hakimiyyətə gələn nasional-sosialist rejimin yəhudilərə qarşı tətbiq etdiyi qanunları xatırladıb.

Hitlerin başçılıq etdiyi rejimin qəbul etdiyi həmin qanunlar yəhudilərin dövlət orqanlarından uzaqlaşdırılması, universitetlərə qəbulun qadağan edilməsi, pasportların ləğvi, iş yerlərinin açılmasına qadağa kimi bir sıra qaydaları ehtiva edib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur