04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Neftin ucuzlaşmasının ƏSAS SƏBƏBİ

21 avq 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməməsidir.

QÜTB.AZ xəbər verir ki, resurs və enerji sahəsində müstəqil ekspert Vladimir Demidov belə hesab edir.

Ticarət məlumatlarına görə, avqustun 20-də "Brent" markalı neftin qiyməti avqustun 7-dən bəri ilk dəfə olaraq 77 dollardan aşağı düşüb.

“Neftin ucuzlaşmasının əsas amili İran və İsrail arasında münaqişənin gərginləşməməsidir. Proqnozlara görə, ehtiyatların təxminən 5 milyon barel azalacağı gözlənililirdi. Bu konteksdə ABŞ Federal Ehtiyatlar Sistemi üçün neft almağa başladı. Faktiki olaraq ehtiyatlar 1,5 milyon barel artıb. Bu, domino effekti yaratdı. ABŞ-da inventarların artması xəbərləri qiymətlərin daha əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu”, - analitik izah edib.

Xatırladaq ki, iyulun 31-də İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə raket hücumu nəticəsində öldürülüb. Hərəkat hadisədə İsraili günahlandırsa da, İsrail hərbçiləri məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Qani Tehranda Haniyənin öldürülməsinə görə İslam ResQutb.azsı tərəfindən sərt cavab vəd edib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur