"Ukrayna ətrafında münaqişədə vaxt Rusiyanın tərəfindədir. Qüvvələr nisbəti Kiyevin xeyrinə dəyişməyəcək, lakin Qərb fərqli düşünür".
Publika.az "RİA Novosti"-yə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Macarıstan bunun sülhlə bağlı olmasını istəyir. Amma bu mümkün deyil. Çünki Qərb hələ də düşünür ki, vaxt bizim tərəfimizdədir və müharibə nə qədər uzun davam etsə, Ukraynanın hərbi vəziyyəti bir o qədər yaxşılaşacaq", - hökumət başçısı qeyd edib.
V. Orban hesab edir ki, bunun əksi doğrudur. Onun sözlərinə görə, zaman rusların tərəfindədir: "Müharibə nə qədər uzun sürsə, bir o qədər çox insan öləcək və qüvvələr nisbəti Ukraynanın xeyrinə dəyişməyəcək. Bəs biz niyə müharibəni davam etdiririk?" - Orban əlavə edib.
Cəmilə