MLS-in 2-ci turunda "Los Anceles Qalaksi"nin qonağı olan "İnter Mayami"nin Lionel Messinin vurduğu qol sayəsində məğlubiyyətdən xilas olduğu (1:1) barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, bu, qol başqa məqamla da diqqət çəkib. 36 yaşlı hücumçu 2024-cü ildə ilk dəfə fərqlənib. Bununla argentinalı superulduz ardıcıl 20-ci təqvim ilində qol vurmağı bacarıb.
O, ilk qolunu 2005-ci ildə “Barselona”da çıxış edərkən “Albasete” ilə La Liqa görüşündə vurub.
Qeyd edək ki, onun "Əl-Nəsr"də çıxış edən əzəli rəqibi Kriştiano Ronaldo isə son 23 ildə fərqlənməyi bacarıb.
Heybət