08.04.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Almaniyada miqrantlarla bağlı VACİB QƏRAR

01 fev 2025 04:00
GÜNDƏM
ads
Advertisement

Bundestaqın yanvarın 31-də keçirilən iclasında Xristian Birlik (CDU/CSU) partiyalarının irəli sürdüyü miqrasiya siyasəti ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb.

QÜTB.AZ xəbər verir ki, uzun və gərgin müzakirələrdən sonra keçirilən səsvermədə Bundestaqın 733 üzvündən 693-ü iştirak edib. Qanun layihəsinin lehinə 338, əleyhinə 350 deputat səs verib, 5 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, “Axını məhdudlaşdırma qanunu” Almaniyaya miqrant axınının məhdudlaşdırılmasını, ölkəyə mühacirət etmiş şəxslərin ailə üzvlərini də gətirməsini nəzərdə tutan “ailə birləşməsi”nin dayandırılmasını və federal polisə barələrində ölkəni tərk etmək qərarı çıxarılan şəxsləri nəzarət altında tutmaq və saxlamaq səlahiyyətinin verilməsini nəzərdə tutur.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur