29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Toyvo Klaar Azərbaycan və Ermənistanın sülh səylərini alqışlayıb

30 iyn 2022 20:46
SİYASƏT
ads
Advertisement

Avropa İttifaqının (AI) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan və Ermənistandan olan mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini alqışlayıb.

Bu barədə  xarici mətbuata istinadən xəbər verir.

O, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələrin çoxsaylı çağırışlar və yüksək emosiyalarla müşayiət olunduğunu etiraf edib. Toyvo Klaar tərəfələrin dialoq qurmaq, etimad yaratmaq səylərini davam etdirmək əzmini alqışlayıb.

Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, erməni və azərbaycanlı mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini təqdir edir.

Avropa İttifaqının (AI) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bununla Aİ-nin davamlı sülhə sadiqliyini bir daha təsdiqləyib.

Qeyd edək ki, iyunun 29-30-da Gürcüstanın Kaxreti şəhərində Avropa İttifaqının (Ai) dəstəyi ilə keçirilən "dəyirmi masa"da erməni və azərbaycanlı mütəxəssis bir araya gəlib. Onlar Ai, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan həmkarları ilə birlikdə dinc Cənubi Qafqazın gələcəyi üçün mümkün ssenariləri müzakirə ediblər.

Müzakirələr iqtisadiyyat və kommunikasiyalar, təhlükəsizlik, idarəetmə və mədəniyyət siyasəti sahələrində ssenariləri əhatə edib və uzun müddətli bir çox problemin həlli perspektivlərini yaxşılaşdırmaq üçün milli hökumətlər, vətəndaş cəmiyyəti və xarici aktorlar tərəfindən atılacaq mümkün addımlar qiymətləndirilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur