Çuvaş Respublikasının Kanaş şəhərində Şaxta baba kostyumu geyinmiş şəxs “Beryozka” mağazasının sahibini qoşalüləli tüfənglə güllələyərək öldürüb, sonra isə qaçıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb. Nəşrin mənbəsinin sözlərinə görə, yanvarın 2-də baş verib.
Təcavüzkar mağazaya silah və ağ keçə çəkmə ilə gəlib, saxta saqqal və eynək səbəbindən üzü görünməyib.