2023-cü il oktyabrın 7-dən Qəzza zolağında aparılan hərbi əməliyyatlarda həlak olan fələstinlilərin ümumi sayı 47 mini keçib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi "Telegram" kanalında yazıb.
Məlumata əsasən, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının gərginləşməsi 47 035 nəfərin həyatına son qoyub, 111 000-dən çox insan isə yaralanıb.
Nazirlik bildirib ki, son 24 saat ərzində anklavda daha 122 nəfərin cəsədi aşkar edilib. 340-dan çox fələstinli Qəzzadakı tibb müəssisələrinə tibbi yardım üçün müraciət edib.