Xəbər verdiyimiz kimi, Suriyada müxalifət 61 illik Baas rejimini devirdikdən sonra Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığınıb.
QÜTB.AZ xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Əsədlə bağlı açıqlama verib.
“Sputnik”in məlumatına görə, nazir Bəşər Əsədin hazırda təhlükəsiz olduğunu bildirib.
Ryabkov Moskvanın vəziyyətin tələb etdiyi kimi hərəkət etdiyini qeyd edib:
"Əsəd Rusiyadadır. Belə bir vəziyyətdə nə baş verdiyini və bunun necə həll edildiyini şərh etməyim düzgün olmazdı. Amma o, təhlükəsiz yerdədir. Bu, o deməkdir ki, Moskva qeyri-adi situasiyalarda belə düzgün hərəkət edir”.
Roza