05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

“TikTok”a alıcı tapıldı: satış baş tutarsa...

29 yan 2025 16:00
DÜNYA
ads
Advertisement

ABŞ-da “TikTok”-un taleyi qeyri-müəyyən olaraq qalır.

QÜTB.AZ xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “TikTok”-un texnologiya nəhəngi “Microsoft” tərəfindən alına biləcəyini açıqlayıb.

Satış baş tutarsa, Çin əsaslı tətbiqin ABŞ-da qadağan edilməsi riski aradan qaldırılacaq.

“TikTok”-un dünya üzrə 1,5 milyarddan çox, ABŞ-da isə təxminən 170 milyon istifadəçisi var. Proqramın ABŞ-da qadağan edilməməsi üçün onun ən azı 50%-i Amerika şirkəti tərəfindən satın alınmalıdır.

Xatırladaq ki, “TikTok” yanvarın 19-da ABŞ Ali Məhkəməsi tərəfindən qadağan edilib. Lakin yanvarın 20-də vəzifəsinin icrasına başlayan Donald Tramp imzaladığı prezident fərmanı ilə bu müddəti 75 gün uzadıb.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur