28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Əcnəbi sahibkarlarla bağlı yeni tələblər

17 yan 2024 17:00
GÜNDƏM
ads
Advertisement

Əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni tələblər müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, Miqrasiya Məcəlləsində edilən müvafiq dəyişikliklərdən irəli gələrək Azərbaycan İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 16 yanvar tarixində hüquqi qüvvəyə minmiş Qərarı ilə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Məcəllədə nəzərdə tutulan xarici investisiyalı hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı və nəzərdə tutulan şəxslərin dövriyyə həcmi təsdiq edilib.

Qərara əsasən, xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi ölkə ərazisində müvəqqəti yaşama icazəsi əldə etmək üçün həmin hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 50 min manat məbləğində müəyyən edilib. Bu əsasla azı 1 il ölkə ərazisində müvəqqəti yaşamış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin yenidən müvəqqəti yaşama icazəsi əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin son 1 ildə dövriyyəsi 100 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün xarici investisiyalı hüquqi şəxsin nizamnamə kapitalı 100 min manat, son 1 ildə dövriyyə həcmi isə 200 min manat məbləğində təsbit edilib.

Bundan başqa, Qərara əsasən Azərbaycan Respublikasında azı 1 il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq əsası ilə müvəqqəti yaşamış əcnəbilərə yeni müvəqqəti yaşama icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin şəxsin (fərdi sahibkarın) son 1 ildə dövriyyə həcmi 50 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün isə son 1 ildə dövriyyə həcmi 100 min manat məbləğində müəyyənləşdirilir.

Qeyd olunan əsaslar üzrə müraciətlərin qəbulu zamanı vergi orqanlarından əldə edilmiş illik dövriyyə və ödənilmiş nizamnamə kapitalı ilə bağlı təsdiqedici sənədlərin təqdim olunması tələb olunacaqdır.

Müvəqqəti yaşama icazələrinin əldə edilməsi üçün nizamnamə kapitalı və dövriyyə həcmi ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur. Qeyri-kommersiya hüquqi şəxsləri həmçinin daimi yaşama icazələrinin əldə edilməsi zamanı bu tələblərdən azaddır.

Sözügedən Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur