23.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Ərdoğan Putinlə telefonla danışacaq

23 noy 2025 18:00
DÜNYA
ads

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə noyabrın 24-də telefon danışığı aparacaq.

 

Qutb.az xəbər verir ki, bu barədə Türkiyə lideri G20 zirvəsi çərçivəsində Cənubi Afrika Respublikasında keçirdiyi mətbuat konfransında bildirib.

 

"Bu həftə ölkəmizdə Zelenski qonağımız idi. Sabah isə cənab Putinlə telefonda danışacağam", - Ərdoğan qeyd edib.

 

"Bir taxıl dəhlizi təşəbbüsümüz vardı. Bu təşəbbüsümüz, əslində, sülhə gedən yolu açmaq üçün idi. Təəssüf ki, müəyyən bir yerə qədər bunu bacardıq, amma sonradan davam etmədi. Sabahkı telefon danışığımızda hörmətli Putindən bunu yenidən xahiş edəcəyəm. Bu prosesi başlada bilsək, çox xeyirli olar deyə düşünürəm. Ölümləri dayandıra bilmək üçün hansı addımlar ata biləcəyimizi onunla müzakirə edəcəyəm", -Türkiyə lideri əlavə edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur