2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil edib, hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb.
Publika.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, aparılan müzakirələr və təhlillər 2023-cü ilin dövlət büdcəsinin icrasının qarşıya qoyulan hədəflərə nail olunduğunu deməyə imkan verir.