50 ildir Yaponiyanın ən çox axtarılanları siyahısında olan şəxs tutulduqdan bir neçə gün sonra vəfat edib.
Publika.az xəbər verir ki, 1970-ci illərdə ifrat solçular tərəfindən törədilən partlayışlara görə axtarışda olan Satoşi Kirişima saxta adla getdiyi xəstəxanada yaxalanıb.
Kirişima xərçəng xəstəliyinə tutulub və müalicə üçün xəstəxanaya gedib. Axtarış qərarı çıxarılanda 20 yaşı olan Kirişimanın ələ keçirildiyi zaman 70 yaşı olub.
Tutulan şəxsin Kirişima olub-olmadığını dəqiqləşdirmək üçün DNT testi aparılacaq.
Müstəntiqlər keçmiş ipuclarını nəzərdən keçirərək bu şəxsin Kirişima olma ehtimalının yüksək olduğunu müəyyən ediblər.
O, Yaponiya Qırmızı Ordusu və Baader-Meinhof Qrupu kimi fəal terror qrupları arasında yer alan Şərqi Asiya Anti-Yaponiya Silahlı Cəbhəsinin üzvü olub.
Bu şəxs bir çox Yapon şirkətinə, o cümlədən 8 nəfərin öldüyü "Mitsubishi"də terror aktı törədib.
Kirişima 1975-ci ilin aprelində Tokionun dəbdəbəli Ginza rayonunda terror aktı törədildikdən sonra axtarış siyahısına düşüb.
Yapon mediası həmin şəxsin illərdir ikili həyat sürdüyünü və saxta Hiroşi Uçida adı ilə yaşadığını yazıb. Kirişimanın inşaat mühəndisi kimi çalışdığı bildirilir.
Roza Şəfiyeva