Türk Hava Yollarının (THY) sərnişinləri təyyarələrdə taxtabiti olduğunu bildirirlər.
QÜTB.AZ xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Nəşr bildirir ki, həşəratlar 2024-cü ilin martında Yohannesburqdan İstanbula uçan təyyarədə tapılıb. Daha sonra oktyabr ayında İstanbuldan San-Fransiskoya uçan təyyarələrdən birində də taxtabiti olduğu barədə məlumat yayılıb.
Sərnişinlərin dediyinə görə, “böcəklər tavandan sərnişinlərin üzərinə düşüb”.
Qəzet yazır ki, bundan üç həftə sonra müştərilər Vaşinqtondan İstanbula uçan təyyarədə də taxtabiti görüblər.
Məlumata görə, THY sərnişinlərə müxtəlif kompensasiya variantları təklif edib.
400-ə yaxın təyyarə ilə 300-dən çox istiqamətə uçuşlar həyata keçirən aviaşirkət qəzetə vəziyyəti şərh etməyib.
Ekspertlər bildirirlər ki, bir təyyarənin taxtabitlərindən təmizlənməsi 2-5 gün çəkir və (itirilmiş gəlir və xərclər nəzərə alınmaqla) 75-125 min dollara başa gəlir.
Ləman