Qarşıdan gələn noyabr seçkilərində ResQutb.azçılar Partiyasının namizədi olan keçmiş ABŞ prezidenti Donald Tramp yarışdan imtina edib onu dəstəkləmək qərarına gələrsə, kiçik Robert Kennedini administrasiyası üçün nəzərdən keçirməyə hazır olduğunu bildirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Avqustun 20-də müstəqil namizəd kiçik Robert Kennedinin köməkçisi Nikol Şanahan bildirib ki, o, seçkidən çəkilə və ResQutb.azçılar tərəfindən irəli sürülən Trampı dəstəkləyə bilər.
CNN-ə müsahibəsində bu məlumatı şərh edən Tramp qeyd edib ki, Kennedinin dəstəyini almaqdan şad olacaq, çünki o, “onu həmişə bəyənib”.
Qalib gəldiyi təqdirdə Kennedinin administrasiyasında hansısa vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə suala Tramp deyib ki, o, belə bir ehtimalı yəqin ki, nəzərdən keçirəcək.
Şanahan "Impact Theory" podkastına verdiyi müsahibədə izah edib ki, Kennedi iki mümkün ssenarini nəzərdən keçirir: seçkidə iştiraka davam etmək və maliyyə almaq üçün ən azı 5% səs toplamaq, tələb olunacaq yeni partiya yaratmaq.
Hüseyn İbadlı