Tanınmış jurnalist Andrey Zaxarov axtarışa verilib.
Publika.az TASS-a istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi xarici agent kimi tanınan jurnalist barəsində axtarış elan edib.
Məlumatda deyilir ki, 2024-cü ilin aprelində Zaxarov barəsində cinayət işi açılıb. İyunun 11-də isə Sankt-Peterburqun Kolpinski məhkəməsi Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məlumatları səlahiyyətli orqana təqdim etmədiyi üçün Zaxarovu 40 min rubl məbləğində cərimələyib.