29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Tarixdə gizlənən həqiqət: Yəhudi kraliçası Fars imperiyasını necə xilas edib?

02 okt 2024 18:01
DÜNYA
ads
Advertisement

İran və İsrail arasındakı gərginlik davam etməkdədir. Lakin iki ölkənin tarixinə nəzər saldıqda əslində onların müəyyən dövrlərdə yaxın əlaqələrinin olduğu üzə çıxır.

QÜTB.AZ xəbər verir ki, bu barədə araşdırma aparan “Takvim” qəzetinin yazarı Erkan Tan köşə yazısında farslarla yəhudilərin tarixi münasibətindən bəhs edib.

Fars kralı Ahaşveroşun yəhudi kraliçası Esterlə evlənməsini izah edən Erkan Tan yəhudilərin Purim bayramının mənşəyini açıqlayıb. O qeyd edib ki, farslarla yəhudilərin tarix boyu yaxın əlaqələri olub:

“Əslində tarixin ən qədim dövrlərindən bəri bu gün İranda yaşayan insanlar və yəhudilərin əcdadları bir-birini çox yaxşı tanıyırlar. Yəhudi əsilli kraliça Esterin təxminən 2500 il əvvəl gənc qız ikən Fars Krallığına sürgün edildiyi güman edilir. Fars Krallığında dövrün kralı Ahaşveroşla evlənən kraliçanın yəhudi olduğunu gizlətdiyi bildirilir.

Qeydlərdə var ki, Axaşveroşun vəziri Haman padşahı ölkədəki bütün yəhudiləri öldürməyə razı salıb. Lakin kraliça Ester Ahaşveroşu bu qərarından yayındıra bilib. Nəticədə bütün yəhudilər xilas olub və Haman asılıb.

Bunlar yəhudi inanc sistemində çox mühüm və geniş yer tutur. Əslində bu hadisələr yəhudi bayramı olan Purimin mənşəyini təşkil edir. Söhbət yəhudiləri xilas edən fars padşahından gedir”.

Roza Şəfiyeva

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur