Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalist Sərxan Kamallı vəfatı ilə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, məlumatda deyilir:
"1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib".
xxx
08:48
Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə jurnalistin həmkarları "Facebook" sosial şəbəkəsində paylaşım ediblər.
Bildirilib ki, o, ötən gün insult keçirib və Xətai Tibb Mərkəzinə yerləşdirilib. Komatoz vəziyyətdə olub.
Qeyd edək ki, Sərxan Kamallı "Baku" TV-nin redaktoru vəzifəsində işləyirdi. Daha əvvəl isə bir çox media qurumlarında çalışıb.
Allah rəhmət eləsin!