İtaliyanın “Yuventus” futbol klubu əfsanəvi boksçu Mayk Taysona fərdi forma hədiyyə edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Tayson özü sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, Taysonun ilk titulu 1986-cı ildə qazandığı WBC kəməri olub, 1987-1990-cı illərdə Ceyms Smit və Toni Taker üzərində qələbələrdən sonra WBA və IBF kəmərlərinin sahibi olub. 1989-1990-cı illərdə Tayson “The Ring” jurnalına görə çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı boksçu olub.
Bir neçə gün əvvəl İtaliya A Seriyasının 23-cü turunun mərkəzi qarşılaşmasında “İnter” və “Yuventus” “San Siro” stadionunda (Cüzeppe Meazza) qarşılaşıblar. “İnter” minimal hesablı qələbə qazanıb – 1:0. “Yuventus” 23 oyundan sonra 53 xal toplayaraq turnir cədvəlində ikinci yerdədir.