“Yuventus”un keçmiş qapıçısı Canluici Buffon maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o mərc etməyin cinayət olmadığını bildirib:
“Mərc etmək cinayət deyil. Stadionlar və verilişlər bu cür reklamlarla doludur. Hökumət qumar oyunlarını təşviq edir. Futbolçu futbola mərc edirsə, ədalətli şəkildə cəzalandırılmalıdır. Bir dəfəyə 1 milyon avro xərcləyən hər kəs axmaqdır, amma qumar aludəçisi deyil”.
Xatırladaq ki, bundan əvvəl “Yuventus”un futbolçusu Nikolo Faqioli (7 ay), eləcə də “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali (10 ay müddətinə) futbola mərc oynadıqları üçün cəzalandırılmışdı.
Eyni zamanda, italyan Faqiolinin agenti etiraf edib ki, futbolçu qumar asılılığından əziyyət çəkir.
Heybət