10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Rusiyanın təxribatçı jurnalisti Cənubi Qafqaza buraxılmadı

26 sen 2025 23:00
DÜNYA
ads
Advertisement

Amerikalı bloger və dəniz donanmasının keçmiş hərbçisi Patrik Lankaster Cənubi Qafqaza gəlmək istəsə də, sərhəddən geri qaytarılıb.

Qutb.az-ın məlumatına görə, onun Gürcüstan ərazisinə girişinə icazə verilməyib.

Xatırladaq ki, Lankaster 44 günlük müharibə zamanı Ermənistan üzərindən Qarabağa qanunsuz daxil olub və Kəlbəcər, Laçın bölgələrindən reportajlar hazırlayıb. O vaxt özünü “müstəqil jurnalist” kimi təqdim edən Lankaster sonradan Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində hərbi təbliğatçısı kimi tanınıb.

Rusiya mediasına danışan Lankaster bildirib ki, sərhəddə onu və həyat yoldaşını 4 saat saxlayıblar:
“Bizə heç bir səbəb göstərmədən girişə icazə vermədilər. Bu, söz və mətbuat azadlığının pozulmasıdır. Mənim jurnalist fəaliyyətimə görə bu qərar verilib”, - deyə o iddia edib.

Onun sözlərinə görə, həyat yoldaşı Nadejdaya giriş icazəsi verilsə də, Gürcüstana daxil olmaqdan imtina edib. Cütlüyün planı Tbilisidə çəkiliş aparmaq və daha sonra Ermənistana getmək imiş.

Lankasterin niyə məhz indi yenidən Cənubi Qafqaza göndərildiyi məlum deyil. O, son illərdə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını təbliğ edən reportajlarla gündəmə gəlib və fəaliyyətini indiyədək orada davam etdirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur