Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətində irəliləməsi Pentaqonu narahat etmir.
QÜTB.AZ xəbər verir ki, bunu Pentaqonun vitse-spikeri Sabrina Sinqa bildirib.
Ukrayna qoşunlarının Kursk bölgəsinə daxil olması ilə əlaqədar gərginliyin mümkün artması ilə bağlı suala Sinq belə cavab verib:
“Xeyr, çünki sonda Ukrayna qonşusu tərəfindən işğal edilmiş suveren ərazisi uğrunda mübarizə aparır Biz gərginliyi azaltmaq istəyirik, lap əvvəldən dediyimiz kimi, bunu etmənin ən yaxşı yolu Putinin bu gün qoşunları Ukraynadan çıxarmağa qərar verməsidir”.
Pentaqonun sözçüsü qeyd edib ki, Ukrayna öz suveren ərazilərini geri qaytarmaq üçün mümkün olan hər şeyi edir - və Kursk bölgəsində baş verən hadisələr bu ssenariyə uyğundur.
"Biz Ukraynaya ehtiyacı olan imkanlar və sistemlərlə dəstək verməyə davam edəcəyik. Ukrayna döyüş meydanında uğur qazanmaq üçün etməli olduğu şeyi edir", - Sinq bildirib.
O, Ukraynanın Kursk bölgəsində irəliləyişinin ABŞ-ın siyasətinə uyğun olduğunu vurğulayıb.
Tural