Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gələcək hücumların qarşısını almaq üçün ölkəsinə silah veriləcəyi təqdirdə atəşkəslə razılaşacaq.
QÜTB.AZ xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Leks Fridmana müsahibəsində deyib.
"Atəşkəs işə yarasa, heç kim bu silahlardan istifadə etməyəcək. Lakin ABŞ-a hörmətimizə baxmayaraq, əvvəlki kimi deyil, silahlar qalmalı olacağıq, - deyə Ukrayna lideri bildirib.
Zelenski silah tədarükündə gecikmələrlə bağlı vəziyyətin təkrarlanmasını istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna NATO-ya daxil olarsa, alyans Kiyevin nəzarətində olan ərazilərdə fəaliyyət göstərə bilər və bu barədə razılığa gəlmək olar.
Hüseyn İbadlı