Dakar rallisində iştirak edən “TwinTrail Racing Team” komandası ispan motosikletçi Karles Falkonun öldüyünü açıqlayıb.
Publika.az xəbər verir ki, yanvarın 7-də Falkon Əl-Henakiya ilə Əl-Duvadimi arasındakı mərhələnin 448-ci kilometrində qəzaya uğrayıb. Faciə yerinə tibbi helikopterlə gələn qrup ispaniyalıya təcili yardım göstərib. Karlesin ürəyi dayanıb və sonra Əl-Duvadimi xəstəxanasına aparılıb.
“TwinTrail Racing Team”a bildirilib ki, Karles Falkon daha sonra beyin ödemi keçirib və sürücü komaya düşüb.
Təəssüf ki, alınan xəsarətlər onun həyatını xilas etməyə imkan verməyib.