NATO alyansa üzv ölkələrin nüvə arsenallarının hazır vəziyyətə gətirilməsi məsələsini müzakirə edir.
Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz bu məsələlərlə bağlı məsləhətləşməliyik. Məhz bunu edirik”, - deyə Stoltenberq The Daily Telegraph-a bildirib və neçə nüvə başlığının hazır vəziyyətə gətirilə biləcəyinin təfərrüatlarını qeyd edib.
Baş katib NATO-nun “nüvə ittifaqı” olduğunu nümayiş etdirməyin zəruriliyinə diqqət çəkib.
Qeyd edək ki, bundan əvvəl NATO-nun Rusiyaya nüvə zərbələri endirməsi barədə məlumat yayılmışdı.
Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın nüvə təxribatlarına sərt cavab verdiyi və Rusiyanın səbrinin hüdudsuz olmadığını vurğuladığı bildirilib.
Hüseyn İbadlı