"The Squid Game" serialındakı rolu ilə tanınan 79 yaşlı aktyor O Yeon-Su cinsi zorakılqda ittiham olunur. Aktyoru 1 il həbs cəzası gözləyir.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya prokurorluğuna istinadən məlumat yayıb.
001 nömrəli oyunçunu canlandıran aktyordan şikayət edən qadın hadisənin 2017-ci ildə olduğunu iddia edib. Qadının sözlərinə görə, icazəsi olmadığı halda, aktyor onu “nalayiq şəkildə qucaqlayıb”, “bədəninə toxunub” və yanağından öpüb. Aktyor rəsmi olaraq 2022-ci ilin noyabrında cinsi təcavüzdə ittiham olunub. Özü isə günahını inkar edir.
“Mən bu yaşda belə bir şeyə görə mühakimə olunduğum üçün özümü pis edirəm, həyatım alt-üst olur", - o, fevralın 2-də keçirilən məhkəmə iclasında bildirib.
Məşhur serial qəhrəmanının cəzası martda açıqlanacaq.
"The Squid Game" serialının ilk mövsümü 2021-ci ildə çıxıb və izlənmə sayına görə, rekord qırıb. Oh Yeon-Su serialdakı roluna görə "Ən Yaxşı Köməkçi Aktyor" nominasiyasında Qızıl Qlobus Mükafatına layiq görülüb.
"The Squid Game"in ikinci mövsümü 2024-cü ildə çıxacaq.